Azərbaycanda DƏHŞƏT: 2 məktəbli həlak oldu, 1 yaralı var - FOTO

08.02.2024 16:34
407
65c4cd9645473202402244822

15:48

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada 3 məktəblini avtomobil vurması ilə bağlı məlumat yayıb.

Azsabah.com APA-ya istinadən bildirir ki, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

15:23

Zaqatalada baş verən dəhşətli qəzada ölən məktəblilərin şəxsiyyəti məlum olub.

Azsabah.com lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.  

2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi "Mercedes" markalı  avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

---------

14:56

Zaqatalada 3 məktəblini maşın vurub. 

Azsabah.com lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb. 

Dərsdən çıxıb evə gedən 3 məktəblini maşın vurub. 

İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, digər vəziyyəti ağırdır. 

Hazırda hadisə yerində araşdırma aparılır.