Azərbaycanda DƏHŞƏT: 1 gündə 3 nəfər bu səbəbdən öldü

23.05.2020 12:32
250

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

AzSABAH.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Loading...

close
close