Azərbaycanda daxili səfərlər bu tarixdə başlayacaq - RƏSMİ

09.06.2020 19:18
2

Daxili uçuşlar iyunun 15-dən bərpa olunacaq.

AZSABAH.COM xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ilk olaraq Naxçıvana uçuş olacaq: "Uçuş zamanı qaydalara nəzarət olunacaq. Xaricdən Azərbaycana çarter uçuşlar da davam edir. Dağıstandan bu gün 130 nəfər gətirilərək karantinə alınıb. İyunun 10-da isə Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi prosesi mərhələli şəkildə davam edəcək".

Loading...