Azərbaycanda daha bir tanınmış şəxs və ailə üzvləri koronavirusa yoluxdu - FOTO

22.06.2020 16:25
772


16:00

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub. 

AZSABAH.COM xəbər verir ki, bu barədə İlham Quliyev “Facebook” hesabında yazıb.

O, bunları qeyd edib: "Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun!".



Loading...

close
close