Azərbaycanda daha bir QADAĞA QÜVVƏYƏ MİNDİ: BUNDAN SONRA...

17.06.2020 16:22
6332

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.

AZSABAH.COM-a AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstan Respublikasının Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyinin qeydə alınması barədə məlumat yayıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Loading...

close
close