Azərbaycanda daha bir polkovnik HƏBS EDİLDİ - Görün NƏLƏR EDİB

17.02.2022 18:35
554
photo_10410917

Azərbaycan Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs edilib.

AZSABAH.COM-un virtualaz.org-a istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının müəyyən edilməsi ilə bağlı Cəlal Kazımovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Kazımov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Kazımov bir milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.