Azərbaycanda daha bir DƏHŞƏTLİ HADİSƏ: ÖLÜ VƏ YARALILAR VAR

05.09.2022 00:30
2253
Meyit

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Yevlax rayon sakini 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb.

Xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...