Azərbaycanda çox sayda ölənin olduğu dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ - Ürəyi zəif olanlar BAXMASIN (FOTO/VİDEO)

15.12.2022 11:46
4991
Qeza
Baş Dövlət Yol Polisi İdarəsi Siyəzən rayonunda 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.

AZSABAH.COM-a idarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes Viano”nun sürücüsü və 5 sərnişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.