Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub.
AZSABAH.COM xəbər verir ki bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşının koronavirusa yoluxduğunu bildirib.
TƏBİB sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxma hallarının olduğunu diqqətə çatdırıb.