"Bir il boyunca koronavirusla bağlı xəstələnmə hallarının davam edəcəyini düşünürəm".
AzSABAH.COM xəbər verir ki, b
unu Özəl Ege Şəhər Xəstəxanasında İnfeksiyon Xəstəliklər və Kliniki Mikrobioloq uzmanı Mədinə Abdullayeva bildirib.
Onun sözlərinə görə, virusun müalicəsi, ona qarşı peyvənd yoxdur və təhlükə hələ davam edir:
"Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Bir il boyunca koronavirusla bağlı xəstələnmə hallarının davam edəcəyini düşünürəm. Nəzərə almaq lazımdır ki, virusun müalicəsi, ona qarşı peyvənd hələ yoxdur və təhlükə davam edir. Lazımi tədbirlər görülməsə, virus yenidən alovlana bilər. Xalqımıza tövsiyəm odur ki, dövlətimizin koronavirusla mübarizəsinə dəstək olsunlar, qaydalara əməl etsinlər. Lazım olmadıqca evdən çıxmasınlar, sosial məsafəni qorusunlar, əl və tənəffüs gigiyenasına riayət etsinlər".
Xatırladaq ki, uzman həkim M.Abdullayeva REACT-C19 layihəsi çərçivəsində Azərbaycana gəlib. (azvision.az)