Azərbaycanda bu universitetin diplomu TANINMAYACAQ

08.02.2024 19:38
491
65c4f508d3db1202402243640

Bir müddət əvvəl Naxçıvan Universiteti, daha sonra isə Xəzər Universiteti hüquqi-təşkilati formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyət olaraq fəaliyyət göstərməyə başladı. Adı çəkilən ali təhsil ocaqlarının tələbələri, eyni zamanda bir müddət əvvəl oradan məzun olmuş şəxslər də bundan sonra diplomlarının tanınması ilə bağlı narahatlıq keçirirlər.


Ali təhsil müəssisəsinin MMC kimi fəaliyyət göstərməsi nə dərəcədə doğrudur? Belə olan halda Elm və Təhsil Nazirliyi həmin universitetlərin fəaliyyətinə müdaxilə edə bilir?


Azsabah.com Bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun Referans.az-a verdiyi açıqlamaya istinad edir. 

“Azərbaycanda hazırda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni “Təhsil haqqında” qanunun tələblərinə görə, Azərbaycanda ali təhsil müəssisələri dövlət, özəl və bələdiyyə tipli ola bilərlər. Dövlət universitetləri də tabe qaydasına görə dəyişir. İlkin hüquqi-təşkilati idarə formasından asılı olmayaraq, əslində, bütün universitetlər nizamnamə və əsasnaməyə görə MMC-dirlər. Əvvəlki qanunvericilikdə bu məsələ tamamən başqa formada idi. Təhsil xidməti göstərən müəssisələr müxtəlif formatlarda ola bilərlər. Bura məhdud məsuliyyətli cəmiyyət, açıq səhmdar cəmiyyət, qapalı səhmdar cəmiyyət və yaxud da bir neçə fərqli formatda ola bilərlər. MMC olması ali təhsil müəssisəsinin universitet kimi funksiyasına heç bir təsiri yoxdur. İdarəetmə baxımından MMC forması daha rahat üsuldur”.


Ekspert bildirib ki, ali təhsil müəssisələrində mobilliyin artırılması, göstərilən xidmətlərdə keyfiyyətin yüksəldilməsi üçün MMC idarəetmə forması daha çevikdir.


“Son illərdə yaranmış, bir neçə il əvvəl əsasnaməsi təsdiq olunmuş universitetlərə nəzər salsaq, görə bilərik ki, hər biri publik-hüquqi şəxs kimi fəaliyyət göstərir. MMC kimi fəaliyyət göstərmənin ali təhsil müəssisəsinin diplom təqdim etməsinə heç bir təsiri yoxdur. Əslində, adını çəkdiyiniz iki ali təhsil müəssisəsindən başqa digər ali təhsil müəssisələri də MMC-dirlər. Lakin hər birinin idarə formatları fərqlidir. Bunu bilməliyik ki, MMC sadəcə zavod, fabrik, market üçün nəzərdə tutulmuş bir anlayış deyil, bu bir xidmət formasıdır”.


Kamran Əsədov son olaraq vurğulayıb ki, gələcəkdə MMC kimi fəaliyyət göstərən universitetlərin diplomunun tanınmasında heç bir problem gözlənilmir. Eyni zamanda bu günədək həmin universitetlərdən məzun olmuş şəxslərin də diplomları ilə bağlı problem yaşaması mümkün deyil.