Azərbaycanda bu rüsumlar LƏĞV EDİLDİ

31.05.2020 15:36
138

Adlar verilən şərabçılıq məhsullarına görə bir sıra dövlət rüsumları ləğv edilib.

AzSABAH.COM-un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

“Dövlət rüsumu haqqında” qanunun iki maddəsinin (18.62.2 və 18.62.3) ləğvi təklif olunub. Bu, adlar verilən şərabçılıq məhsullarına dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat və attestasiya üçün 10 manat dövlət rüsumunun ləğvini nəzərdə tutur. 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. 

Loading...

close
close