Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

14.05.2020 17:39
665

"Azəriqaz” İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxub”.

AzSABAH.COM xəbər verir ki, bu barədə İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "oxu.az"ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronavirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb: "Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.

C.Səfərov qeyd edib ki, koronavirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.

Loading...