Azərbaycanda bu pullar dəyərindən baha qiymətə ALINIR - FOTO

11.02.2024 16:12
611
65c8b9da370b3202402241314

Sosial şəbəkələrdə bəzi az sayda buraxılmış qəpik pulların satışı həyata keçirilir. Bu pullar dəyərindən çox baha qiymətə alınır.

Bəs insanlar bu pulları alıb nə edirlər? Sözügedən pulların baha qiymətlərə alınıb-satılması qanunidirmi?

Azsabah.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, pulun iki funksiyası var:

“Pul həm əşya, həm də ödəniş vasitəsidir. Nadir pul sikkələri və əskinasları toplayan şəxslərə numizmat deyilir. Bu şəxslər puldan əşya kimi istifadə edərək ondan kolleksiya yığırlar”.

Ə.Həsənov qeyd edib ki, pulların bu şəkildə yığılması qanunidir:

“Pul da sənət əsərləri, kitablar və bu kimi tarixi əşyalar kimi yığıla bilər”.