Azərbaycanda bu məhsulun QİYMƏTİ YENİDƏN BAHALAŞDI

07.10.2022 13:51
3785
Et məhsullari
Son günlər Bakıdakı ticarət mərkəzləri və ət kəsimi obyektlərində mal ətinin yenidən bahalaşdığı müşahidə olunur.

AZSABAH.COM xəbər verir ki, ət satışı həyata keçirən ticarət obyektlərində qiymətlərdəki artımın 1 manat təşkil etdiyi nəzərə çarpır.

Hazırda şəhərin mərkəzindən nisbətən kənardakı ət kəsimi obyektlərində mal əti minimum 14 manata satılır. Şəhərin mərkəzindəki obyetlərdə və supermarketlərdə isə qiymət 15-16-17 manata çatır.(Modern.az)