Azərbaycanda bu məhsulların QİYMƏTİ KƏSKİN BAHALAŞDI - VİDEO

06.09.2022 22:56
7360
Manat
Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir. 

AZSABAH.COM-un Xəzər TV-yə istinadən xəbərinə görə, alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib. Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxladıq. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Bildirilir ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb.

Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.