Azərbaycanda bu general-mayorun rütbəsi ƏLİNDƏN ALINDI

21.09.2022 12:19
2736
Mehkeme
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunacağı bildirilib.

Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb.