Azərbaycanda bir ailənin 6 üzvü koronavirusa yoluxdu - VİDEO

08.06.2020 22:48
0
Abşeronun Qobu qəsəbəsində koronavirusa yoluxanların sayı artıb.

AZSABAH.COM Baku TV-yə istinadən xəbər verir ki, qəsəbədə təkcə ötən gün bir ailənin altı üzvü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Səhiyyə şöbəsindən verilən məlumata görə isə, Qobu qəsəbəsində bu günə kimi 24 nəfər koronavirus pandemisyasına yoluxub. Onlardan 18 nəfər müalicə olunaraq sağalıb. Ümumi analizin cavabına əsasən koronavirus xəstəsi sayılan altı nəfərdən üçünün vəziyyəti orta ağır, üçünün isə stabildir.

Qobu qəsəbə icra nümayəndəsi Eldar Əhmədov Baku TV-yə bildirdi ki, koronavirusa yoluxan ailənin üzvləri qəsəbənin Xəlil Rza küçəsində yaşayan sakinlərdir.

Hazırda rayonda mövcud vəziyyət tam nəzarətə götürülüb.
Loading...