Azərbaycanda axund faciəvi şəkildə öldü

19.11.2022 09:21
3005
Vefat

Lənkəranda yol qəzasında xəsarət alan axund ölüb.

AZSABAH.COM xəbər verir ki, Əkrəm Cəlal oğlu Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda yol qəzası baş verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.