Azərbaycanda axşamçağı DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ - ÇOX SAYDA YARALI VAR

09.06.2022 23:46
299
photo_91419461

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, hadisə rayonun Maarif kəndində qeydə alınıb. Gəncə-Gədəbəy reysi ilə işləyən mikroavtobus sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamamı sürücü, rayon sakini 68 yaşlı Sərxan Həmzəyev və sərnişinlər - 18 yaşlı J. İbrahimova, 18 yaşlı J.Bayramlı, 42 yaşlı T.Rzayev, 18 yaşlı N. Allahverdiyeva, 18 yaşlı O. Hüseynov və 44 yaşlı G Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildrilir. Faktla bağlı araşdırma aparılır.