Azərbaycanda avtobuslarda da gediş haqqı artırılır? - RƏSMƏN AÇIQLANDI

05.01.2021 10:27
54223

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

AZSABAH.COM xəbər verir ki, bunu agentliyin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib". (trend)

Loading...