Azərbaycanda avtobus sürücüsü sükan arxasında “TikTok”da canlı açdı - İzləyicilər etiraz etdi - VİDEO

13.01.2024 14:04
164
65a25fb09c886202401240224

Sumqayıtda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açıb.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

İddialara görə, hadisə 3 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.

Sözügedən videonu təqdim edirik:

BAKU.WS
VİDEO