Azərbaycanda anasını bıçaqlayan şəxs YÜKSƏK VƏZİFƏLİ ŞƏXSİN OĞLU İMİŞ

23.10.2023 10:10
4777
Xestexana
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

AZSABAH.COM “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb.

Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***

Əldə etdiyimiz məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.