Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti bahalaşır?

14.06.2022 22:18
2726

Bu ilin ilk 4 ayı ərzində xarici ölkələrdən Azərbaycana 70 min 722,7 ton “Aİ-92” markalı benzin idxal olunub.

AZSABAH.COM xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 74 milyon 491,21 min dollar olub. 1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 80 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,37 manata bərabər olur.

Onu da qeyd edək ki, ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, gömrük dəyəri isə 31 dəfə artıb.

Belə ki, ötən ilin ilk 4 ayı ərzində ölkəyə 2 milyon 387,04 min dollar dəyərində 4 min 995,64 ton “Aİ-92” markalı benzin idxal edilib. Nəticədə, ötən ilin ilk 4 ayında  ölkəyə idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 36 sent və ya 62 qəpik olub.

2021-ci il 2022-ci il

Miqdarı (ton)1 litrin gömrük dəyəri (azn)Miqdarı (ton)1 litrin gömrük dəyəri (azn)

Yanvar - 4 836,461,08

Fevral - 2 296,081,53

Mart - 4 995,640,6243 310,071,37

Aprel - 20 280,11,41

Bu ilin ilk 4 ayında idxal olunan “Aİ-92” markalı benzinin 19 min 62,89 tonu (27%-i) Türkmənistandan, 51 min 659,81 tonu (73%-i) isə Rusiyadan gətirilib. Türkmənistandan alınan benzinin 1 litrinin gömrük dəyəri 1,34 manat, Rusiyadan alınan benzinin 1 litrinin gömrük dəyəri isə 1,38 manat olub.

Rəqəmlərdən də göründüyü kimi, “Aİ-92” markalı benzini xaricdən baha (1,37 azn) alınıb ucuz (1 azn) satılır.

“Aİ-92” markalı benzinin idxalı nə vaxta kimi davam edəcək? İdxal olunan benzinin qiymətinin daxil bazardakı qiymətdən yüksək olması benzinin bahalaşmasına səbəb ola bilərmi?

Bu suallara cavab almaq üçün SOCAR-a rəsmi müraciət ünvanlasaq da, suallarımıza cavab ala bilmədik.

Loading...