Azərbaycanda AĞIR QƏZA: 3 TIR aşdı, 10 maşın toqquşdu - Xəsarət alanlar var

28.01.2024 08:11
740
65b5d5184b620202401241624

06:05

Bakı - Qazax - Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı - 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

------

06:05

Yanvarın 27-si axşam saatlarında Bakı - Qazax - Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.