Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: tanınmış şəxs VƏFAT ETDİ - FOTO

02.11.2022 16:10
11391
Vefat
Tanınmış hidroloq alim, coğrafiya elmləri doktoru, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Dissertasiya şurasının üzvü Rəna Mirtağı qızı Qaşqay vəfat edib.

AZSABAH.COM-a bununla bağlı İnstitutdan məlumat verilib.

Qeyd edək ki, R.Qaşqay 1938-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə coğrafiyaçı ixtisası üzrə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirib.

1966-cı ildə Moskva şəhərində «Böyük Qafqazın su balansı (Azərbaycan daxilində)», 2009-ci ildə “Azərbaycan çayları axımının formalaşması, keçməsi və istifadəsinin coğrafi aspektləri” adlı namizədlik dissertasiyalarını müdafiə edib.

Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Əsas elmi fəaliyyəti Azərbaycan çaylarının axınına həsr edilib. Onun tərəfindən çayların formalaşması və onların çoxillik tərəddüdləri aşkar edilib.

Üç monoqrafiya və 60-dan artıq elmi məqalənin müəllifidir.