Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: məşhur sima VƏFAT ETDİ - FOTO

19.12.2022 17:02
5475
Vefat

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, dirijor Kazım Əliverdibəyov vəfat edib.

AZSABAH.COM-a bununla bağlı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Bildirlib ki, K.Əliverdibəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, K.Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.