Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: məşhur sima VƏFAT ETDİ - FOTO

14.11.2022 22:48
7457
Vefat
Azərbaycanın pedaqoji ictimaiyyətinə ağır itki üz verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, ölkəmizin təhsil quruculuğunda xidmətləri olan tanınmış alim, təhsil mütəxəssisi Rəfiq Tağı oğlu Qəndilov noyabrın 13-də 76 yaşında vəfat edib.