Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: məşhur sima VƏFAT ETDİ - FOTO

18.10.2022 11:07
25842
Vefat
Şair Yafəs Türksəs vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə APA-ya tənqidçi Əsəd Cahangir məlumat verib.

Yafəs Türksəs 1954-cü ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Azərbaycan ədəbiyyatında daha çox "Oğlum Şəhriyara" şeiri ilə məşhurluq qazanan şair postmodernist şeirlər müəllifi kimi tanınıb. Şairin ən son kitabı "Arzuların göyçək vaxtı" adı ilə nəşr olunub.

Ağciyər xərçəngindən vəfat edən şair bu gün saat 12-də Müşfiqabad qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.