AZSABAH.COM xəbər verir ki, Maşallah Abdullayevin onkoloji xəstəlikdən 72 yaşında dünyasını dəyişdiyi bildirilir.
Goranboy rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Milli Qəhrəman Maşallah Abdullayev bu gün dəfn ediləcək.
Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub.
Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. Maşallah Abdullayev 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Maşallah Abdullayev 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.
1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.