Azərbaycanda 7471 nəfər öldü - Operativ Qərargah MƏLUMAT YAYDI

15.11.2021 20:17
3347

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni 1072 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 561 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 523 660 nəfər müalicə olunaraq sağalıb, 7 471 nəfər vəfat edib. 30 794 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 803, bu günə qədər isə ümumilikdə 5 367 119 test icra olunub.

Loading...