Azərbaycanda 43 yaşlı MƏMUR QƏFİL VƏFAT ETDİ - FOTO

31.03.2023 12:44
11091
Vefat
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Ceyhun Zeynalabdiyev 43 yaşında vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, o, 2003-cü ildən etibarən Xidmətdə çalışıb. Belə ki, 2003-cü il tarixdən 2011-ci il tarixədək 7 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyində, 2011-ci il tarixdən Gəncə regional laboratoriyasının müdiri vəzifəsində işləyib.