Azərbaycanda 40 vəzifəli şəxs IŞDƏN ÇIXARILDI, 2-i...

23.05.2020 18:12
722

Penitensiar xidmətin fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun qurulub.

AzSABAH.COM-un Apa-ya istinadla verdiyi məlumata görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.

Bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdıran nazir, bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib:

"Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric  edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib".


Loading...

close
close