Azərbaycanda 20 yaşlı hamilə qdının güllələnməsinin ŞOK TƏFƏRRÜATI

12.05.2020 11:00
585

Kürdəmir rayonunda hamilə qadının güllələnməsi barədə xəbər vermişdik.

AzSABAH.COM-un məlumatına görə, hadisənin təfərrüatlarə məlum olub.

Belə ki, Sığırlı kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

R. Mövlayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb. (Trend)


Loading...

close
close