Azərbaycanda 2 yüksək vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini vəzifələrindən azad edilib.

Azsabah.com modern.az-a istinadən bildirir ki, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov işdən çıxarılıb.

Agentlikdən məlumat saytımıza təsdiq ediblər. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.

Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin edilib.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin edilib.