Azərbaycanda 2 həftə küçəyə çıxmaq QADAĞAN EDİLƏCƏK - RƏSMİ

18.06.2020 18:49
828

Ölkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac yaranıb.

AZSABAH.COM xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00-a qədər ciddi karantin rejimi elan olunacaq. 1-ci klastr üzrə Bakı, Gəncə, Yevlax, Masallı, Sumqayıt, Abşeron şəhər və rayonları üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq:

"Həmçinin, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metroplitenin fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".

Loading...

close
close