Azərbaycanda 17 yaşlı oğlandan anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: gecə saat 5-də...

21.06.2020 12:50
797

Mingəçevirdə 46 yaşlı qadın oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə iyunun 21-də saat 5 radələrində şəhərin Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan Brilyant Hacıyeva evində bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti müayinə edilməsi üçün tibbi ekspertizaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs- mərhumun oğlu, 17 yaşlı E.Hacıyev tutularaq istintaqa cəlb olunub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Loading...

close
close