Azərbaycanda 15 yaşlı qız YOXA ÇIXDI

21.10.2022 10:40
2527
İtkin
Bakıda 15 yaşlı qız itkin düşüb.

AZSABAH.COM xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Xədicə Emin qızının saat 07 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.