Azərbaycana qar yağdı - Qeyri-sabit hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA

18.10.2022 21:57
3865
Qar
Oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.

Yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsidən saat 14:00-da sel keçməyə başlayıb.

Şimal-qərb küləyi Neftçalada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşalarının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.