Azərbaycan xüsusi təyinatlıları bu adaları ələ keçirmək üçün hərəkətə keçdi - SENSASİYALI XƏBƏR

08.06.2022 10:31
254
photo_94365385

“Qarabağı alan Azərbaycan xüsusi təyinatlıları Yunanıstanı işğal etmək üçün gəldi”

AZSABAH.COM xəbər verir ki, “Türkiyədə keçirilən “Efes-2022” təlimləri Yunanıstanda böyük narahatlıq yaradıb”.

Türkiyə ordusunun keçmiş pilotu, general-leytenant Ərdoğan Karakuş “CNN türk”ə açıqlamasında belə deyib.

O bildirib ki, təlimlərdə Azərbaycan, Pakistan, Qazaxıstan, Banqladeş, İtaliya, Liviya və digər dövlətlər iştirak edib. Keçmiş hərbçinin sözlərinə görə, Yunanıstan mediası Azərbaycanın təlimlərdə iştirak etməsini “Qarabağı alan Azərbaycan xüsusi təyinatlıları Yunanıstanı işğal etmək üçün gəldi”, “Türklər adaları işğal edəcək” kimi əsassız fikirlərlə oxucularına çatdırıb. Karakuş bildirib ki, Yunanıstan beynəlxalq səviyyədə tanınmış müqavilələri pozaraq özü adaları işğal edib.//Qazet.az