Azərbaycan sərhədlərini açır? - RƏSMİ CAVAB

02.06.2020 15:20
368

Nazirlər Kabineti Macarıstanın “Wizzair” aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.

AzSABAH.COM xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:

"Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. “Wizzair”in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb".

Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.

Loading...

close
close