Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgər Firuz oğlu Əsədli kəskin ürək və ağciyər çatışmazlığından vəfat edib.

Azsabah.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunub.

O, tibb müəssisəsinə təxliyə olunarkən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.