Azərbaycan Ordusu artıq Xankəndini... - Ermənilər ETİRAF ETDİ

09.11.2020 18:59
58991

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.

AZSABAH.COM-un xəbərinə görə, o, rəsmi feysbuk səhifəsində Azərbaycan Ordusunun artıq Xankəndi şəhərinin ətrafında olduğunu yazıb.

"Təəssüf ki, uğursuzluqlar zənciri bizi hələ də təqib edir və Şuşa şəhəri bizim nəzarətimizdə deyil. Qarşı tərəf Xankəndinin ətrafındadır və artıq onun mövcudluğu təhlükə altındadır", - Poqosyan qeyd edib.

Loading...