Azərbaycan millisinin sabiq baş məşqçisi KORONAVİRUSDAN ÖLDÜ - FOTO

13.05.2020 10:48
438

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib. 

AzSABAH.COM-un məlumatına görə, bu barədə TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib. 

"Bəli, koronavirus. İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün qızları birləşdirmişdi". 



***

10:21

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

AzSABAH.COM-un məlumatına görə, dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib. 

Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib. (Report)

Loading...

close
close