Azərbaycan Mərkəzi Bankı sabah MANATLA BAĞLI MÜHÜM QƏRAR VERƏCƏK

27.10.2022 15:03
4629
Manat
Sabah Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

AZSABAH.COM-a Mərkəzi Bankdan verilən məlumata görə, bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, AMB-nin sentyabrın 16-da keçirilmiş son iclasında uçot dərəcəsini 7,75 faiz səviyyəsində saxlamaq qərara alınmışdı. Faiz dəhlizinin yuxarı həddi 9,25 faiz, aşağı həddi 4 faiz səviyyəsində müəyyən edilmişdi.