"Azərbaycan gözəli"ni döyməkdə təqsirləndirilən sevgilisindən xəbər var

17.01.2024 21:43
154
65a811e130e86202401244401

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış model, 2017-ci ildə "Azərbaycan gözəli" seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin hazırlıq iclası keçirilib.


Azsabah.com məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror məhkəmənin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.

Zərərçəkmiş şəxsin vəkilləri prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə isə ona qarşı irəli sürülən ittihamların sifarişli olduğunu əsaslandıran sübutlarının olduğunu deyib. Onun sözlərinə görə, iş istintaqda qərəzli aparılıb.


Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.


Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.