Azərbaycan əhalisinə XƏBƏRDARLIQ: Koronaya yoluxma artarsa...

08.05.2020 17:49
456

“Təcrübəmizdən sıxış edərək düşünürəm ki, mayın 9-da, qeyri-iş günü sərnişin sıxlığı olmayacaq”.


AzSABAH.COM xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov bildirib.

 

Hidayət Məmmədovun sözlərinə görə, lazım gələrsə, sıxdığı aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində dəyişikliklər olacaq.

 

O, “Bakı Metropoliteni” QSC-nin karantin rejiminə əməl edəcəyini, mayın 31-dək yaşı 65-dən yuxarı işçilərin işə cəlb edilməyəcəyini söyləyib.

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov isə bildirib ki, əgər sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər.

Loading...

close
close