Azərbaycan DONUR: 17 dərəcə şaxta… - XƏBƏRDARLIQ EDİLDİ

24.01.2024 18:14
722
65b11c3381380202401241827
Yanvarın 22-dən başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Havanın kəskin soyuması həm də qarla müşahidə olunub. Quba və Qusarın ucqar yaşayış məntəqələrinə daha çox yağıntı düşüb. Ən çox qar Qubanın Qırız, Qusarın Ləzə kəndlərinə yağıb. Bu ərazilərdə qarın hündürlüyü 15 santımetrə çatır. Ən aşağı temperatur isə Quba rayonunun Xaltan kəndi ərazisində qeydə alınıb - mənfi 17 dərəcə.

Qarın yağması ilə əlaqədar ucqar kəndlərə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, ciddi problem yoxdur.