Aynışanın bu hərəkəti Aygün Bəylərin ailəsini əsəbləşdirdi - Xalası xəbərdarlıq etdi - VİDEO

09.01.2024 12:16
255
659d00177b677202401241311

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərin qızı ilə bağlı paylaşım edib. 

Aynişanın "Hesab açıb, Canan üçün pul yığaq, 18 yaşından sonra istifadə etsin" sözləri birmənalı qarşılanmayıb. Onun bu paylaşımına A.Bəylərin bacısı irad bildirib. Aynişan bu haqda özü məlumat yayıb: "Aygün Bəylərin qızı ilə bağlı paylaşım etdim. İzləyicilərim yazdı ki, hesab açaq və onun üçün pul yığaq. Hər kəsin belə can yandırmağı məni duyğulandırdı. Düşündüm ki, hesab açıb pul yığarıq, qız 18 yaşında ona toxuna bilər. Amma banklar dedi ki, belə bir qayda yoxdur. Onun ailəsi buna icazə verməlidir və pulu idarə etməlidir. Bu da məni narahat etdi, çünki istəmirdim 18 yaşına kimi bu pula kimsə toxunsun. Onun xalası anama zəng etdi ki, bundan sonra Cananın 60 il yaşaması üçün də büdcəsi var. Sevindim". //axşam.az