Aygün Kazımovanın oğurlanan səhifəsindəki paylaşım izləyiciləri ayağa qaldırdı - FOTO

Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq instagram hesabı oğurlanıb. Sənətçinin səhifəsi oğurlanandan sonra bütün foto və videolar silinib.

Azsabah.com xəbər verir ki, sənətçinin səhifəsində donuz balasının videosu paylaşılıb. İzləyicilər paylaşım edən şəxsi tənqid ediblər. Onlar səhifəni oğurlayan və paylaşımı edən şəxsin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Qeyd edək ki, Aygün Kazımovanın sosial media hesabını qaytarmaq işlər görülür.